XƏBƏR

Əlamət olmasa da, təzyiqi ölçmək lazımdır: Risk qrupuna kimlər aiddir?

date 3 Oktyabr 2020

Əlamət olmasa da, təzyiqi ölçmək lazımdır: Risk qrupuna kimlər aiddir?

Yüksək arterial təzyiqin bir çox hallarda heç bir əlaməti olmadığı üçün bu barədə məlumatsız ola bilərik. Buna görə də hər kəs ən azı 3 ildən bir mütləq təzyiqini ölçməlidir.
Səhiyyə Nazirliyinin İctiami Səhiyyə və İslahatlar Mərkəzinin açıqladığı məlumatda qeyd olunub ki, arterial qan təzyiq bəzi əhali qruplarında daha tez-tez, yəni ən azı  ildə iki dəfə yoxlanmalıdır.

Bura qruplara kimlər aiddir? 
Yaşı 45-dən yuxarı olanlar
Şəkərli diabeti olanlar
Hamilə qadınlar
Klimakterik dövrdə olan qadınlar
Artıq bədən çəkisi olanlar
Zərərli vərdişləri olanlar

Əvvəllər heç olmasa, bir dəfə təzyiq göstəriciləri 140/90 mm. civə sütunu olanlar.

 

 

e-tibb.az
 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR