XƏBƏR

Mütəxəssis: "Əhalinin 60 faizi peyvənd olunsa, normal həyata qayıda bilərik" - VİDEO

date 22 Yanvar 2021

Mütəxəssis: "Əhalinin 60 faizi peyvənd olunsa, normal həyata qayıda bilərik" - VİDEO

Bir sıra xəstəliklər məhz peyvəndlərin sayəsində sıradan çıxıb. Koronavirus pandemiyasına son qoymaq üçün də peyvənd çox önəmlidir. Biz əminik ki, əgər ölkəmizin əhalisinin 60 faizi bu peyvəndi vurdursa, kollektiv immunitet yaransa, qorxmadan normal həyatımıza davam edə bilərik.

Bunu Səhiyyə Nazirliyi nəzdində COVID-19-la mübarizə üzrə İşçi qrupunun üzvü, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadə APA TV-nin “Öncə sağlıq” proqramında deyib.

S. Babazadə koronavirus peyvəndləri, vaksinasiya prosesi ilə bağlı bir çox sualı cavablandırıb. Mütəxəssisin fikirləri ilə daha ətraflı videoda tanış ola bilərsiniz.

 

 

 

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR