XƏBƏR

Dizlərdə qabıqlanma və qaışıntı nəyin əlamətidir?

date 15 Dekabr 2020

Dizlərdə qabıqlanma və qaışıntı nəyin əlamətidir?

Dizlərdə qabıqlanma dermatoloqa tez-tez müraciət edilən dəri probelmlemlərindəndir. Dizlərdə qabıqlanma müxtəlif səbəblərdən yarana bilər.

 

e-tibb.az xəbər verir ki, bunu dermatoloq, uzman həkim Mehdi İskəndərli açıqlayıb.

Onun sözlərinə görə, dizlərdə qabıqlı qızartılar əksərən qaşınma ilə özünü göstərir: "Belə xəstələrdə qabıqlı qızartılar sadəcə, dizlərdə deyil, bədənin başqa nahiyələrində də qaşıntılı qabıqlı qızartılar yarana bilər. Dizlərdə qızartı olan pasientlərin dirsəklərində də bənzər dəyişiklər aşkar etmək mümkündür. Diz, dirsək qabıqlanması əksər hallarda paralel şəkildə meydana gəlir. Bir çox hallarda diz, dirskək qızartıları yayılaraq bədənə, saçlı dəriyə, əl və ayaqlara da yayıla bilər”. 

 

Həkimin sözlərinə görə, dəmrov mənşəli dəri xəstəlikləri əksərən dizlərdə qaşıntılı qabıqlar yaradır. Ətraf mühitdə mövcud olan allergenlər dəri ilə təmasdan sonra diz, dirsək qızartısı səbəbi ola bilər. Cərrahi əməliyyatlardan sonra, kəskin stres sonrası, ağır infeksioz xəstəliklərdən sonra dizlərin qabıqlanması ortaya çıxa bilər. Qarayanız adamlarda dərinin tünd olmasına bağlı olaraq dizlərin qabıqlanması ilə bərabər dizlərdə qaralma da müşayiət oluna bilər.

Dermatoloq bildirib ki, dizlərin qabıqlı olması həm də daxili xəsətliklər fonunda da yarana bilər. İnfeksioz xəstəliklər, autoimmun problemlər, endokrinoloji xəstəliklər, hətta daxili orqanların xərçəngi də dizin qabıqlanması səbəbi ola bilər. 

Dermatologiya uzmanı Mehdi İskəndıərli onu da qeyd edib ki, dizlərin qabıqlanması müalicəsi olan problemdir. Səbəbi nə olursa-olsun bu cür xəstəliklərin çarəsi var: “Müalicələrdən öncə dermatoloqlar adətən dizin qabılqanması səbəbini ortaya çıxartmağa çalışırlar. Dizlərdə qabıqlı qızartılar verən müxtəlif dəri xəstəlikləri ola biləcəyi üçün diaqnoz dəqiqləşdirilməlidir. Diaqnozunun dəqiqləşdirilməsi üçün isə dermatoloq xəstədən laborator, radioloji, mikrobioloji testlər tələb edə bilər. Dəri biopsiyası üsulu ilə hətta diaqnozu 100% dəqiqliklə təyin etmək mümkündür. Dizlərində qaşıntılı qabıqlı qızartıları olan pasientlər ümidsiz olmamlıdırlar. Cünki, bu cür problemlərin müalicə üsulları çox çeşidlidir”.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR