MÜSAHIBƏ

Dizlərdə duzlaşma, oynaqlarda yeyilmənin müalicəsi varmı? - VİDEO

date 23 Sentyabr 2019

Dizlərdə duzlaşma, oynaqlarda yeyilmənin müalicəsi varmı? - VİDEO

“Dizlərə çox yük düşdüyünə görə, ən çox diz problemlərinə rast gəlinir”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında ortoped-travmatoloq, Təbriz Universitetinin Tibb fakültəsinin professoru Cəfər Süleymanpur deyib.

Həkim bildirib ki, duzlaşma, oynağın yeyilməsi özü xəstəlik yox, nəticədir. Onun sözlərinə görə, oynaqlarda duzlaşmanın qarşısını ala bilən möcüzəvi dərman yoxdur.

Mütəxəssis ən çox diz, bud-çanaq oynaqlarında yaranan duzlaşma, yeyilmənin səbəbləri, müalicəsi, protezləşmə əməliyyatları, ona göstərişlər, protez qoyulmasına mane olan amillər, oynaq protezlərinin müddəti və s. barədə sualları cavablandırıb, bir çox tövsiyələr verib.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR