XƏBƏR

Dirsəklərdə qaralma: Səbəbi bunlar ola bilər

date 26 Aprel 2020

Dirsəklərdə qaralma: Səbəbi bunlar ola bilər

Dirsəklərdə dərinin codlaşması, çatların əmələ gəlməsi yəqin ki, çoxlarının üzləşdiyi haldır. Bəzi insanlarda isə dirsək nahiyəsində qaralma baş verir. Bir çoxları ələlxüsus havaların isindiyi dövrdə, yaz-yay aylarında qısaqol geyimlərə keçəndən sonra bunu həm də vizual, estetik problem kimi yanaşırlar. Dirsəklərdə qaralma nədən yaranır? Bunun qarşısını almaq mümkündürmü?

e-tibb.az xəbər verir ki, dermatoloq, uzman həkim Lalə Cahangirova bildirib ki, dirsəklərin garalması yalnız xanımların deyil, kişilərin də vizual problemlərindən biridir. Onun sözlərinə görə, ilk növbədə dirsəklərin qara və nahamar olmasının səbəbi insanın masanın arxasında oturarkən dirsəklərini masaya dirəmək vərdişidir. Belə vərdişin nəticəsində dirsəklərin dərisi qalınlaşır, codlaşır və onun rəngi tündləşir. Həkim belə vərdişi olanlara ondan imtina etməyi tövsiyə edib: “Daha çox bədəni təmizləyərkən dirsək sahəsi daima unudulur. Bu bölgədəki ölü dərilərin toplanması, dirsək bölgələrində çirkli və xoşagəlməz görünüşlərin yaranmasına səbəb olur. Bu səbəblə bədənin düzgün təmizlənməsi zamanı dirsəklər də təmizlənməlidir. Quru dəri qaralmağa daha çox meyllidir. Buna görə dirsək bölgəsini yumşaltmaq və ağartmağa çalışmaq lazımdır”.

Dermatoloq bunun üçün öncə həmin nahiyəyə maska etməyi, ardından da bolca nəmləndirici krem vurulmalı olduğunu açıqlayıb.

Onun sözlərinə gərə dirsəklərdə olan qaralma bədenin digər nahiyələrində də varsa, endokrin sistemi xəstəlikləri mütləq araşdırılmalıdır. 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR