XƏBƏR

Dietoloqdan: Banan ürəyi, sinir sistemini, saçları gücləndirir, amma...

date 20 Sentyabr 2020

Dietoloqdan: Banan ürəyi, sinir sistemini, saçları gücləndirir, amma...

Banan saçlar, ürək və sinir sistemi üçün çox faydalıdır.

e-tibb.az Rusiya mediasına istinadən bildirir ki, dietoloq Marina Makişin dediyinə görə banan sinir sisteminə yaxşı təsir göstərən B vitaminləri və maqneziumla zəngindir. Bananın tərkibində olan kalium ürək-damar sistemi və ürək əzələsinin normal fəaliyyəti, ürəyin açılıb-yığlıması üçün çox lazımlıdır.

Bananın tərkibində silisium da var. Bu element saçlarımız və dırnaqlarımız üçün faydalıdır, kollagen və dəri hüceyrələrinin yaradılmasında iştirak edir.

Dietoloqun fikrincə, bananın yeganə mənfi tərəfi tərkibində çox miqdarda karbohidrat olması ilə izah olunur, bu isə arıqlamaq istəyənlər üçün əks göstəriş sayılır. Ona görə də artıq çəkidən qurtulmaq istəyənlər bu tropik meyvəni az miqdarda yeməlidirlır. Dietoloq onlara yetişməmiş, yaşıl bananları seçməyi tövsiyə edib, çünki onun tərkibində olan nişasta gec parçalanır, bu isə həzm sistemi, xüsusən də yoğun bağırsaq üçün faydalıdır.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR