XƏBƏR

Dermatoloqdan pandemiya dövründə əlləri qorumaq üçün vazelin və zeytun yağı TÖVSİYƏSİ

date 21 İyun 2020

Dermatoloqdan pandemiya dövründə əlləri qorumaq üçün vazelin və zeytun yağı TÖVSİYƏSİ

Əlləri tez-tez sabunla yumaq və həddən artıq dezinfeksiyaedici istifadə etmək dəri problemlərinə səbəb olur. Daha çox sabun və dezinfeksiyaedici istifadə olunmasına görə pandemiya dövründə ekzemalar (dermatit) artıb.

e-tibb.az xəbər verir ki, bunu Türkiyə Dermatologiya Cəmiyyətinin üzvü, professor Ali Karakuzu açıqlayıb. Mütəxəssis bildirib ki, əllər sabunla yuyulandan sonra əldə, qolda olan aksessuarlar çıxarılmalı və yağlı nəmləndirici kremlər çəkilməlidir. Onun sözlərinə görə, su olmadığı halda dezinfeksiyaedicinin 30 saniyə ərizndə istifadə etmək lazımdır. Dezinfeksiyaedicidən qalıcı təsir gözləmək düzgün deyil. Su olan kimi mütləq əllər yuyulmalıdır.

O, pandemiya dövründə çalışdığı xəstəxanaya bir gündə 15 nəfərin dermatitlə bağlı müraciət etdiyini deyib: “Bəzən isə bu sayın 20-25-ə çatdığı günlər də olur”.

Həkim qeyd edib ki, ekzemanın ağırlaşmsı daha ciddi problemlərə yol açır. Dermatoloq ekzamadan qorunmaq üçün rəngli, qoxulu, boyalı və maye sabunlardan qaçmağı, quru sabun istifadə etməyi tövsiyə edib. O, əlləri yuyandan və ya dezinfeksiya edəndən sonra bahalı nəmləndirici kremlər çəkmək əvəzinə dəridə baryer funksiyası yaratmaq məqsədilə təbii zeytun yağı və ağ vazelin istifadə etməyin daha düzgün olduğunu vurğulayıb.

Professor onu da bildirib ki, pandemiya dövründə satışa çoxlu sayda saxta dezinfeklsiyaedicilər çıxarlııb. Bu da ekzema xəstələrinin sayının artmasına səbəb olan amillərdən biridir.

Dermatoloq ekzemanın çatlama, yüngül qızartı, sulanma kimi əlamətlərinin olduğunu qeyd edərək bildirib ki, bunlara diqqət yetirilməsə, dəridə bakterial infeksiyalara səbəb olur.

Həkimin sözlərinə görə, xəstəliyə qarşı krem istifadə etmək nəticəsiz qalarsa, mütləq dermatoloqa müraciət etmək lazımdır. Belə hallarda həkim məsləhəti ilə məlhəm istifadə olunmalıdır. O, atopik dermatit deyilən allergik xəstələrin də pandemiya dövründə daha çox ekzema ilə qarşılaşdıqlarını bildirib.

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR