14 Dekabr 2020
Hazırkı COVID-19 pandemiyası dövründə dünyanın qabaqcıl ölkələrinin tədqiqatçıları koronavirus infeksiyasının qarşısını almaq və ona yoluxmamaq üçün müxtəlif müalicəvi və profilaktik vasitələrin axtarışındadır. Bu istiqamətdə aparıdan tədqiqatlar arasında orqanizmdə D vitaminin miqdarı ilə koronavirus infeksiyasına yoluxma riski arasında olan asılılığın öyrənilməsi xüsusi maraq doğurur. Bəzi tədqiqatların nəticələrinə görə D vitamini immuniteti yüksəltməklə soyuqdəymə, viruslu respirator infeksiyalar, mövsümi depressiyalardan qorunmağa kömək edir.
İ.Murai və b. (2020), J.Mercola və b. (2020), F.William və b. (2020) bu istiqamətdə apardıqları araşdırmaların nəticələri müzakirə mövzusu ola bilər.
İngiltərə tədqiqatçıları bildiriblər ki, yeni koronavirusdan ölüm orqanizmdə D vitamininin səviyyəsindən asılı ola bilər. Dublin kollecindən olan həmkarlar bu fikri təsdiqləyən əlavə arqument göstəriblər. Onlar son 20 ildə aparılan bütün tədqiqatların nəticələrini təhlil etmiş yaşlı avropalılarda D vitamininin səviyyəsi və COVID-19-dan olan ölüm səviyyəsi ilə müqayisə ediblər. Nəticələr gözlənilməz olub. E.Alert qeyd etmişdir ki, hətta ekvatora yaxın olan İspaniya və Şimali İtaliya əhalisində bu vitamininin ən aşağı səviyyəsi qeyd olunmuşdur və məhz bu ölkələrdə koronavirus infeksiyasından yüksək ölüm göstəricisi qeydə alınmışdır.
Norveç, Finlandiya və İsveçrə isə gün işığının azlığına baxmayaraq, əhalidə D vitamininin səviyyəsi kifayət qədərdir, çünki onlar bunu qida əlavəsi şəklində alırlar və bu ölkələrdə COVID-19 ölüm çox aşağı səviyyədə müəyyən edilib. Tədqiqatçılar bildiriblər ki, orqanizmdə D vitamininin səviyyəsi ilə koronavirusdan ölüm səviyyəsi arasında korrelyasiya statistik dürüst olub. Onların fikrincə, D vitamini orqanizmində autoimmun proseslərin «sitokin fırtınası» tipi ilə getməsini tənzimləyir. Müəlliflər COVID-19-dan qorunmaq üçün D vitamini qəbul etməyi tövsiyə ediblər. Britaniya hökuməti artıq gündəlik istifadə olunan D vitamininin dozasını artırıb. Tədqiqatçılar həmçinin İrlandiya və digər Avropa ölkələrinin səhiyyə orqanlarını da bunu etməyə çağırıblar.
Lalə Rüstəmova – Virusoloq, tibb üzrə fəlsəfə doktoru, dosent
e-tibb.az
Koronavirus peyvəndindən sonra baş, əzələ ağrısı, qızdırma və s. əlamətləri olarsa... AÇIQLAMA
16 Yanvar 2021Yüksək təzyiqi endirmək üçün bu idman hərəkətləri tövsiyə olunur
17 Yanvar 2021Beyini aktivləşdirməyin ən yaxşı yolu açıqlanıb
18 Yanvar 2021Müntəzəm spirtli içki qəbulu ömrü nə qədər qısaldır?
15 Yanvar 2021Ağciyəri təmizləyən, immuniteti gücləndirən qidalar
22 Yanvar 202118 saatlıq aclıqla nəyə nail olmaq olar?
15 Yanvar 2021Südün tərkibi: İnək, camış, qoyun və keçi südünün fərqləri
17 Yanvar 2021Eyni qidaları tez-tez istəmək nələrdən xəbər verir?
19 Yanvar 2021Vaksinasiyadan keçmiş insanlar maska taxmağa davam edəcəkmi?
19 Yanvar 2021Virusa yoluxub sağalanlarda qoruyucu immunitet nə qədər davam edir?
19 Yanvar 2021