XƏBƏR

Çiyin ağrıları nədən yaranır?

date 28 Mart 2019

Çiyin ağrıları nədən yaranır?

Çiyin ağrıları çoxlu sayda insanı narahat edən problemdir. Bu ağrılardan əziyyət çəkənlərin demək olar ki, böyük əksəriyyəti həkimə getməyi düşünmür, problemin sadə bir səbəbdən, məsələn, əzələ gərginliyindən, soyuqdəymədən qaynaqlandığını düşünürlər. Ən yaxşı halda isə ağrıyan yerə isti prosedurlar edib, aptekdən alınan ağrıkəsici kremlərdən istifadə olunur.

E-tibb.az çiyin ağrılarının səbəbləri barədə fizioterapevt Sənan Cəfərovun fikirlərini təqdim edir:

Əksər insanlar masaj etdirərək çiyində yaranan ağrılardan qurtulacağını gözləyirlər. Lakin bu, doğru deyil. Çiyin, böyük bir hərəkət aralığına sahib elə hərəkətli oynaqdan ibarətdir ki, belə bir oynaq zədələnməyə qarşı daha həssasdır.

Çiyin ağrılarının səbəbləri nələrdir?

Çiyin qurşağında olan ağrılar ürəkdən və ya qarın boşluğundan da yayıla bilər.

Ürək, döş qəfəsi çiyin qurşağına qonşu olduğu üçün onlarda olan ağrılar çiyində də təsir edə bilir.

Boyun fəqərələri arası disklərdə olan yırtıq və ya digər bəzi boyun problemləri sinir köklərinə təzyiq edərək ağrının çiyin qurşağına doğru yayılmasına səbəb olur.

Torasik çıxış sindromu deyilən hal - qola doğru yayılan sinirlərin formalaşdırdığı sinir dəstələri, körpücük altı arterial və venoz damarları döş qəfəsindən çıxdığı yerdə müxtəlif səbəblərdən sıxılmalara məruz qala bilər.

Körpücük sümüyü, 7 boyun fəqərəsinin yan çıxıntısı, birinci qabırğa, “skalenus anterior” adlı bir əzələnin formalaşdırdığı sahədə bəzən bir fibroz bağın yaranması zamanı “Döş qəfəsi çıxışı sindromu” adı verilən bir mənzərə də ortaya çıxır.

Donmuş çiyin sindromu

Bazu oynağı nahiyəsində olan ağrı, hərəkət məhdudluğu şikayəti ilə özünü göstərən bir xəstəlikdir. Qadınlarda daha çox müşahidə edilir. Bir sıra faktorlar xüsusən şəkərli diabet, travma, hiperlipidemiya qeyd edilir.

Xəstəliyin əsas əlaməti ağrı (xəstələr hətta ağrının təsirindən gecə yuxudan ayılır) və hərəkət məhdudluğudur (bütün istiqamətlərə hərəkət məhdudluğu müşahidə edilir). Hərəkətsiz qaldıqca oynaq içi bitişmələr formalaşır və getdikcə hərəkət məhdudluğu daha da artır. Nəticədə oynaq kapsulu qalınlaşır və büzüşür. Müəyyən vaxtdan sonra ağrılar azalır, lakin oynaq hərəkətləri məhdudlaşır. Bu xəstəlik bəzən 1-2 il ərzində tədricən yavaş-yavaş yaxşılığa doğru gedə bilər...

 

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR