XƏBƏR

Bu xəstəlik kişilər üçün daha təhlükəlidir?

date 10 Aprel 2020

Bu xəstəlik kişilər üçün daha təhlükəlidir?

Yeni koronavirus  (SARS-CoV-2)  kişilərədə qadınlara nisbətən daha çox problem yaradır.

e-tibb.az xəbər verir ki, İngilətərə alimləri apardıqları tədqiqatdan sonra bu qənaətə gəliblər. Onlar hesab edir ki, burada ilk amil güclü cinsin həyat tərzi ilə bağlıdır. Orta hesabla kişilər zərərli vərdişlərə daha çox meyllidirlər. Məsələn, onların arasında siqaret çəkən və spirtli içki qəbul edənlər daha çox var. Həm də qadınlar əlləri müntəzəm olaraq yumaq tövsiyələrini daha itaətkarlıqla yerinə yetirirlər, kişilər isə inadkarlıq və diqqətsizlik üzündən gigiyena qaydalarına laqeyd yanaşırlar.
Bundan əlavə, bioloji amil kişi və qadınlar arasında infeksiyanın müxtəlif tezliyində rol oynaya bilər. Kişilər daha zəif  immunitet sisteminə sahibdirlər, buna görə də müxtəlif növ yoluxucu xəstəliklərə daha az müqavimət göstərirlər. Bu, orqanizmi qoruyan immun sisteminə kömək edən edən kişi cinsi hormonlarının qadın cinsi hormonlarına nisbətən patogenlərə daha az reaksiya verməsi ilə əlaqələndirilib.

Qeyd olunub ki, 2003-cü ildə dünyada SARS virusu yayılan zaman da infeksiya yoluxmuş insanların tənəffüs yollarına mənfi təsir göstərib. Bundan sonra kişilər arasında ən yüksək ölüm nisbəti də qeydə alınıb. Beləliklə, ingilis alimlər heab edir ki, COVID-19 pandemiyası alimlərə SARS-CoV-2-nin qadınlar deyil, kişilər üçün daha çox təhlükəli olduğuna inanmağa əsas verir.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR