XƏBƏR

Bu qan qrupundan olanlarda COVID-19-dan ağırlaşma və ölüm halı daha çoxdur

date 21 Avqust 2020

Bu qan qrupundan olanlarda COVID-19-dan ağırlaşma və ölüm halı daha çoxdur

Bəzi qan qrupuna aid şəxslərdə koronavirusa yoluxma problemli keçir.

e-tibb.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının Reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında bu barədə danışan həkimin sözlərinə görə, 2-ci qan qrupundan olan xəstələrdə daha çox ağırlaşma baş verir: “Mart ayında Çində aparılan tədqiqatlar da bunu göstərirdi”.

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov da deyib ki, II qan qrupundan olanlarda COVID-19-dan ağırlaşma və ölüm halı daha çoxdur. I, III və IV qan qruplarından olanlarda ağırlaşmalar nisbətən daha azdır.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR