XƏBƏR

Bu qan qrupları üzrə qan ehtiyatları azalıb – MÜRACİƏT

date 14 Yanvar 2021

Bu qan qrupları üzrə qan ehtiyatları azalıb – MÜRACİƏT

Qan ehtiyacları davamlı olduğundan hazırda 0 (l) Rh- (mənfi 1), A (ll) Rh- (mənfi 2) və AB (lV) Rh- (mənfi 4) qan qruplarından olan qan ehtiyatları tamamilə azalıb. 

Bu barədə Mərkəzi Qan Bankının vətəndaşlara müraciətində deyilir.

“Qan ehtiyacı olan vətəndaşlarımızı davamlı qanla təmin etmək üçün sənə ehtiyacımız var. Könüllü qan donoru ol və həyat qurtaran dostlarımız arasına qatıl”, - deyə müraciətdə bildirilir.

 

Ünvan: Mərkəzi Qan Bankı, Feyzulla Qasımzadə küçəsi 65

Telefonlar: 907, 440 65 86, 440 78 50, 441 66 52. 

 

e-tibb.az

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR