XƏBƏR

"Bu dövrdə dondurma, soyuq qidalar yeməyin"-Mütəxəssisdən ÇAĞIRIŞ-VİDEO

date 15 İyul 2020

"Bu dövrdə dondurma, soyuq qidalar yeməyin"-Mütəxəssisdən ÇAĞIRIŞ-VİDEO

Koronavirus-COVID-19-un ağırlaşmalarının qarşısını almaq üçün həm də soyuq içkilər, qidalar qəbul olunmamalıdır.

e-tibb.az xəbər verir ki, bunu APA TV-nin “Öncə sağlıq” proqramında infeksionist, uzman həkim Nazxanım Qasımova açıqlayıb. Mütəxəssis əhaliyə mütaciət edərək bunları deyib: “Bu yay soyuq qidalar soyuq içkilər qəbul etməyək, məsələn, dondurma, soyuq qarpız yeməyək. Çox bəsit səsələnə bilər. Amma xırda görünəcək detallar böyük problemlər yaradır. Bu dövrdə burun, boğaz, udlaq, qırtlaq nahiyələrini soyuqladacaq qidalardan uzaq durmaq yaxşı olar. Çünki bu nahiyələrdə problem olanda xəstəlik daha ağır inkişaf edə bilər”.

Proqramın digər qonağı, anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Qulam Rüstəmzadə də bildirib ki, indiki dönəmdə soyuq içkilər, soyuq qidalar qəbul etmək olmaz.

Mütəxəssis onu da vurğulayıb ki, COVID-lə mübarizədə əsas rolu immun sistemi oynayır: “İmmun sistemi güclü olanlar virusa yoluxsa da, xəstəliyi əlamətsiz, ya da çox yüngül keçirəcək. Ona görə də immun sisitemini dəstəkləyən həyat tərzi önəmlidir”.

Həkimlərin fikirləri ilə daha ətraflı videoda tanış ola bilərsiniz.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR