MÜSAHIBƏ

Böyrək təzyiqi: Sizdə bu əlamətlər varsa ... - VİDEO

date 9 İyul 2019

Böyrək təzyiqi: Sizdə bu əlamətlər varsa ... - VİDEO

“Böyrək xəstəlikləri ən gizli keçən xəstəliklər qrupuna aiddir. Uzun müddət özünü heç bir simptomla büruzə vermir. Amma qan təzyiqinin yüksəlməsi böyrək xəstəliyi üçün ilkin əlamət və işarə ola bilər”.

Bunu e-tibb.az-a nefroloq, tibb üzrə fəlsəfə doktoru Elnur Fərəcov deyib. Mütəxəssis bildirib ki, böyrək mənşəli təzyiqin bəzi xüsusiyyətləri var. Bu zaman qan təzyiqinin daha yüksək olması daha ciddi fəsadlara səbəb olur. Onun sözlərinə görə,  

böyrək mənşəli təzyiq özü də çox zaman gizli olduğuna, hər hansı əlaməti olmadığına görə,  “səssiz qatil” də adlandırılır: “Təsadüfən insan təzyiqini ölçəndə 150, 160, hətta 200 təzyiqinin olduğunu bilir. Bu hətta heç bir şikayət olmaya-olmaya baş verir”.

Həkim vurğulayıb ki, baş ağrısı, başgicəllənməsi, ürək bulanması, burun qanaması kimi hallar tez-tez təkrarlananda mütləq təzyiqi ölçmək lazımdır.

 E. Fərəcov böyrək mənşəli təzyiqin digər əlamətləri, səbəbləri, yaratdığı fəsadlar, hansı addımları atmağın vacibliyi barədə də danışıb. Onun fikirləri ilə tam şəkildə videoda tanış ola bilərsiniz.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR