BLOQ

Böyrək daşı olanlar yay aylarında daha diqqətli olmalıdır

date 4 İyul 2020

Böyrək daşı olanlar yay aylarında daha diqqətli olmalıdır

Böyrəkdə daş əmələ gəlməsinin bir çox səbəbləri var. Bunlardan ən vacibləri qidalanma və maye qəbulu ilə əlaqədardır.

İsti yay aylarında insanlar daha çox tərləyir, istirahətdə olduğu zaman daha çox ətli yeməklərdən istifadə edir, az hərəkət edir. Heyvani protein qəbulu (ət və s.), sidik turşusu və oksalat duzlarının böyrəkdə əmələ gəlməsinə və çökməsinə gətirib çıxarır. Su istifadəsinin azalması, çoxlu tərləmə əmələ gələn sidiyin miqdarının azalmasına, konsentrasiyasının artmasına gətirir. Belə bir ortamda duzlar çöküntü verərək birləşırlər və daş əmələ gətirirlər. Böyrəkdəki daş, ölçüsündən asılı olmayaraq, kasacıqlardan qoparaq sidik axarına düşüb kəskin böyrək sancısınıa gətirə bilir. Böyrək sancısı, daşın sidik axarında tıxanma nəticəsi baş verən hidronefroza bağlıdır. Böyrək toplayıcı sistemi genişlənir, böyrəyin kapsulası qıcıqlanır və kəskin ağrı başlayır. Fərdi olaraq, bəzən 2-5 mm ölçülərdə olan kiçik daşlar müdaxiləsiz düşə bilirlər. Amma çox vaxtı daşlar kanalın hər hansı bir qismində ilişib qalırlar.

Kəskin tıxanma zamanı sidik daşdan aşağı keçə bilmir və yığılıb böyrəkdə qalır. İsti havayla əlagədar olaraq böyrəkdə yığılan sidik, xüsusən də şəkər xəstələrində, qısa bir zamanda iltihablaşıb irinli prosesə gədər gətirib çıxara bilər. Xəstələr kəskin ağrıyla yanaşı 40 dərəcəyə çatan yüksək bədən hərarəti, ürək bulanma, qusma, halsızlıq şikayətləriylə müraciət edirlər.

Bunları nəzərə alaraq kəskin böyrək sancısı zamanı vaxtında həkim-uroloqa müraciət edilməli və dəqiq diagnoz qoyulmalıdır. Müayinələrdən birinci olaraq Ultrasəs müayinəsi və sidiyin ümümi analizi aparılmaldır.

Çox vaxtı USM ilə böyrəkdə genişlənməni görmək mümkündür, amma genişlənməyə səbəb olan daşı, onun yerini təsbit etmək mümkün olmur. Bela hallarda kontrastsız Kompüter Tomoqrafiya müayinəsi ilə, tam olaraq daşın yeri və ölçüsü müəyyən olunur. Ölçüsü 5 mm-dən böyük olan daşlarda yay aylarında dərman verilərək 7-10 gündən çox gözləmək məsləhət deyil, çünki bundan artıq müddətdə qalan daşlar artıq yuxarıda qeyd elədiyim fəsadlara gətirə bilər. Sidik axarına düşən daş çox qısa və qansız olaraq endoskopik əməliyyatla lazerlə parçalanır və xəstə həmin gün evə yazıla bilir. Fəqət xəstə fəsadla, yəni yüksək hərarətlə müraciət etsə, burda birinci olaraq sidik axarına stent qoyulur və xəstəyə piyelonefritə görə müalicə başlanılır. İltihab əlamətləri həm kliniki olaraq, həm də laborator olaraq normallaşdıqdan sonar, bu da ən azı 15 gün çəkə bilər, artq daşın çıxarılmasını planlamaq lazım gəlir. Əməliyyat vaxtı artıq stent çıxarılır və daha əvvəl seçilən üsulla daş parçalanır. Bu üsullar haqqında bir sonrakı məqalədə bəhs edəcəm.

 

Asif Cahangirov-Uroloq-cərrah, Uzman həkim

 

E-tibb.az üçün

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR