27 İyul 2020
Boşanmalar, evlilik, cütlük münasibətlərində problemlərin ən vacib səbəblərindən biri ünsiyyət qura bilməməkdir.
Müzakirə üsulsuzluğu -qarşı tərəfin sözünü kəsmək, qarşı tərəfə cavab haqqı verməmək ciddi ünsiyyət problemi yaradar. Ümumilikdə bu vəziyyət sürəkli davam etdiyində, cütlüklərin sevgi, ehtiras və şəfqət münasibətlərinə dərin zərər yetirir.
Effektiv ünsiyyət mesajı, qarşı tərəfə sadəcə, göndərdiyimiz zaman deyil, əks tərəfin bunu qəbul etdiyi və anladığı zaman baş verir.
Mübahisəli məsələlərdən söhbət edərkən, tərəflərin bir-birini ittiham etməsi ən sıx görülən haldır.
Günahlandırıcı tərz istifadə etmək və ya qarşı tərəfi sonuna qədər dinləmədən özünü müdafiəyə keçmək - ünsiyyət pozğunluğuna səbəb olan əsas amillərdir.
Saxtakarlıq- Hər hansı situasiyaya uyğun, cavab olaraq qarşı tərəfə “xeyr” dediyiniz zaman əslində “bəli” demək istədiyinizi hiss etmisinizmi? Tənqid olunmaqdan və ya rədd edilməkdən çəkindiyiniz üçün “bilmirəm” deyərək doğru fikrinizi gizlətdiyiniz olubmu?
Uyğunlaşmama - Cütlüklər sözləri istifadə etmədən mimikalar vasitəsilə bir-biri ilə ünsiyyət qururlar və buna görə də bir-birlərinə qarışıq mesajlar göndərirlər. Və bu durum, onları mübahisə etməyə və bir-birlərinə qarşı səs tonlarını qaldırmağa səbəb olur. Gözləri bərəltmək, dodaqları büzmək və çiyinləri silkələmək, qarşı tərəfə xoşagəlməz mesajlar verər.
Kobudluq - Kobud hərəkətlər, ifadələr, davranış tərzi üstünlük təşkil edər.
Mütəmadi şikayətlənmə halı, tərəflərin bir-birinə incidici söz atmaları, aşırı məsləhət və ağıl vermə, dinləmə əskikliyi, dəstək olduğunu hiss etdirməmə, anlayış göstərməmə kimi problemlər yüksək faizlə ünsiyyət probleminə yol açar. Unutmaq olmaz ki, çox zaman insanlar, həlli olmayan problemlərdə belə, qarşıdakı insanın anlamağa çalışdığını görmək, problem həll olmasa da, anlaşıldığını görmək ehtiyacı hiss edərlər.
Bəs digər səbəblər nədir?
- Tərəflərin sosio-mədəni səviyyə fərqliliyi
- Cinsi problemlər
- Tərəflərdən birinin xəyanəti
- Ailədaxili şiddət və sairə.
Azər Bağırov-Psixiatr, Uzman həkim
e-tibb.az üçün
Səhərlər yol verilən yanlışlar - Yuxudan duran kimi nələri etmək olmaz?
11 Yanvar 2021Koronavirusun ürəkdə yaratdığı ağırlaşmalar - Bu əlamətlərə DİQQƏT!
13 Yanvar 2021Ürək damarlarının vəziyyətini göstərən anju müayinəsi - Angioqrafiya haqda bilmədiklərimiz
8 Yanvar 2021Şərabın başqa alkoqollu içkilərdən fərqi
13 Yanvar 2021Koronavirus uşaqlarda da ağırlaşma yaradır: Nələrə diqqət olunmalıdır? - Pediatrdan TÖVSİYƏLƏR
9 Yanvar 2021Mütəxəssis: "Xroniki xəstəlikləri olanların vaksinasiyadan imtina etməsi hər zaman yoluxma riski ilə üz-üzə qalması deməkdir"
12 Yanvar 2021Öd daşları nədən yaranır?
12 Yanvar 2021Koronavirus peyvəndindən sonra baş, əzələ ağrısı, qızdırma və s. əlamətləri olarsa... AÇIQLAMA
16 Yanvar 2021Müntəzəm spirtli içki qəbulu ömrü nə qədər qısaldır?
15 Yanvar 2021Azərbaycanlı alim: “Əvvəl 10 adam 8 nəfəri virusa yoluxdururdusa, indi 10 adam 14 nəfəri yoluxdura bilər”
13 Yanvar 2021