XƏBƏR

Boğaz ağrısını azaltmaq üçün nə etmək olar?

date 15 Fevral 2020

Boğaz ağrısını azaltmaq üçün nə etmək olar?

Boğaz ağrısı, boğazda şişmə soyuq aylarda ən çox rast gəlinən şikayətlərdən biri sayılır. Virus infeksiyalarının, soyuqdəymə, qrip, zökəmin geniş yayıldığı qış fəslində boğazda ağrı, qıçıqlanma çox zaman qaçılmaz olur.

Bunun üçün ev şəraitində ən təsirli addımlardan biri duzlu su ilə qarqara sayılır. Duzlu suyun boğaz ağrısına müsbət təsiri ağızı, boğazı təmiz və nəm saxlaması ilə əlaqələndirilir. Duzlu su boğaz ağrısı zamanı ağızdan pis qoxu gəlməsinin də qarşısını ala bilir. Gün ərzində tez-tez duzlu su ilə qarqara etməyin hər hansı əks təsirinin olmadığı bildirilir.

Bunun üçün yarım çay qaşığı süfər duzunu bir stəkan ilıq suda duz tam əriyənə qədər qarışdırmaq lazımdır. Amma bunu azyaşlılara tətbiq etmək məsləhət görülmür.

Boğazda kəskin ağrı, iltihablaşma qripin, eləcə də digər virus infeksiyalarının fəsadı, ağırlaşması zamanı da ortaya çıxır. Boğazda kəskin ağrı varsa, udqunmada problem yaranırsa, üstəlik temperatur yüksəlirsə, ağrı azalmaq əvəzinə arıtırsa, duzlu su ilə qarqara yox, həkimə müraciət etmək tövsiyə olunur.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR