XƏBƏR

Beyini aktivləşdirməyin ən yaxşı yolu açıqlanıb

date 18 Yanvar 2021

Beyini aktivləşdirməyin ən yaxşı yolu açıqlanıb

Beyini aktivləşdirməyin ən yaxşı yolu yatmaqdır. Bu nəticəyə Frayburq Universitetinin (Almaniya) Tibb Mərkəzinin alimləri gəlib.

Mütəxəssislər, hansı növ istirahətin beyinin bərpası üçün ən təsirli olduğunu öyrənmək üçün 3 qrup insanla bağlı araşdırma aparılar. 66 nəfər 3 qrupa bölünüb: 1- ci  qrup videoya baxıb və bir saat stolüstü tennis oynayıb, 2- ci  qrup yatıb, 3- cü   isə heç nə etməyib, ancaq xarici təsir olmadan qaranlıq otaqda olub. Təcrübənin nəticələri göstərib ki, ən çox beyin performansı yatan  qrup nümayəndələrində artıb. Alimlərin fikrincə, həqiqət budur ki, dərin yuxu zamanı beynin vəziyyəti bənzərsiz olur. Bu, həmin dövrdəki tipik fəaliyyətə görədir. Mütəxəssislərə görə, yuxu sinir hüceyrələrinin birləşməsi üçün vacib bir funksiyanı yerinə yetirir, buna görə də beyin fəaliyyətinin bərpası və yaxşılaşdırılması üçün əvəzolunmazdır.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR