20 Noyabr 2020
Araşdırmalar göstərir ki, stres insanın zehni və fiziki vəziyyətinə təsir edərək müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Vaxtaşırı hər kəs hər hansı səbəb olmadan özünü yuxulu, yorğun və həddindən artıq emosional hiss edir. Bütün bunların səbəbi çox zaman həddindən artıq stresə məruz qalmaq olur. Stres nəticəsində bədəndə ümumi gərginlik, əzginlik, şiddətli ağrılar meydana gəlir. Stresin yaratdığı fiziki ağrılardan qurtulmağa, həm də stresin yaranmasının qarşısını almağa kömək edəcək bir neçə sadə faydalı metod var. e-tibb.az Türkiyə mediasına istinadən həmin metodları təqdim edir:
1. Bel ağrısı üçün ayaq masajı
Beldə olan ağrıları azaltmaq üçün ayaqların və əllərin müəyyən bölgələrini stimullaşdırmaq təcrübəsi var. Bir neçə tədqiqat refleksoterapiyanın stres nəticəsində yaranan bədən ağrısını azaltmağa kömək etdiyini təsdiqləyir. Tədqiqatlar göstərir ki, ayağın spesifik bölgələrinin adi masajı xroniki bel ağrısını aradan qaldırmaq üçün dərmandan, masajdan daha təsirli olur.
2. Üz masajı
Üzdəki gərginlik stresin əlaməti ola bilər. Bu, çənə ağrısı, diş qıcama, dodaqların titrəməsi və ya boyun ağrısı kimi də özünü göstərə bilər. Bununla yanaşı, bir neçə asan masaj üsulu üzünüzü narahatlıqdan qurtarmağa kömək edə bilər. Üzə yağ, krem vuraraq masaj etmək lazımdır.
3. Aromaterapiya
Aromaterapiya, insanın fiziki və zehni vəziyyətini yaxşılaşdırmaq üçün təbii aromatlardan istifadə edən bir müalicədir. Aromaterapiyada istifadə olunan yüzə yaxın efir yağı var və hər birinin özünəməxsus xüsusiyyətləri qeyd olunur.
4. Saqqız çeynəmək
Stresin yaratdığı narahatlığı aradan qaldırmağa kömək edəcək bir həll yolu da saqqızdır.
5. Əl masajı
Bədəndəki gərginliyi aradan qaldırmaq üçün istifadə edə biləcəyiniz bir başqa vasitə də əl masajı sayılır.
Koronavirus peyvəndindən sonra baş, əzələ ağrısı, qızdırma və s. əlamətləri olarsa... AÇIQLAMA
16 Yanvar 2021Yüksək təzyiqi endirmək üçün bu idman hərəkətləri tövsiyə olunur
17 Yanvar 2021Beyini aktivləşdirməyin ən yaxşı yolu açıqlanıb
18 Yanvar 2021Müntəzəm spirtli içki qəbulu ömrü nə qədər qısaldır?
15 Yanvar 2021Ağciyəri təmizləyən, immuniteti gücləndirən qidalar
22 Yanvar 202118 saatlıq aclıqla nəyə nail olmaq olar?
15 Yanvar 2021Südün tərkibi: İnək, camış, qoyun və keçi südünün fərqləri
17 Yanvar 2021Eyni qidaları tez-tez istəmək nələrdən xəbər verir?
19 Yanvar 2021Vaksinasiyadan keçmiş insanlar maska taxmağa davam edəcəkmi?
19 Yanvar 2021Virusa yoluxub sağalanlarda qoruyucu immunitet nə qədər davam edir?
19 Yanvar 2021