XƏBƏR

Bədəndən toksinləri və ağır metalları çıxarmağın yolu

date 10 Fevral 2020

Bədəndən toksinləri və ağır metalları çıxarmağın yolu

Mütəxəssislər məşq zamanı ifraz olunan tərin zəhərli birləşmələri və qurğuşun, civə də daxil olmaqla ağır metalları insan bədənindən tədricən çıxara bildiyini müəyyənləşdiriblər.

e-tibb.az xəbər verir ki, alimlərə görə, düzgün qidalanma, bol su və məşq bədənin təbii qabiliyyətlərini ortaya qoya bilir. Mütəxəssislərin tövsiyələrinə əsasən, tərə qarşı, kosmetik vasitələrdən istifadə etmədən məşq etmək daha yaxşıdır, çünki bu vəziyyətdə  bakteriya və toksinlərin bədəndən nə qədər tez xaric edildiyini görmək mümkündür.
Mütəxəssislərin fikrincə, bu, dəriyə parlaqlıq verərək canlandıra da bilir. Bundan əlavə, alimlər, tərin tərkibində bədəni zərərli patogenlərdən qoruyan təbii bir antibiotikin olduğuna inanırlar.
Onlara görə, məşq həm də stress səviyyəsinin aşağı düşməsinə və sevinc, xoşbəxtlik, məmnunluq, ləzzət hisslərinin oyanmasına kömək edir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR