XƏBƏR

Baş ağrısı: Ən çox bu problemlərdən yaranır - VİDEO

date 13 Fevral 2020

Baş ağrısı: Ən çox bu problemlərdən yaranır - VİDEO

Təzyiqin həm qalxması, həm də enməsi baş ağrılarına səbəb olur. Amma bəzən çox yüksək olan təzyiq baş ağrısı yaratmır, hər hansı əlamət vermir.

e-tibb.az xəbər verir ki, bunu APA TV-nin “Öncə sağlıq” proqramında Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimi, nevroloq Yeganə Rəşidova baş ağrıları, onların səbəbləri barədə danışarkən deyib.

Onun sözlərinə görə, yüksək təzyiqdən yaranan baş ağrısı daha çox ənsə nahiyəsindən başlayaraq başın digər hissələrinə yayılır.

Baş ağrısı şikayətləri ilə həddindən artıq rastlaşdığını deyən nevroloq, müraciətlərin 70-80 faizinin bununla əlaqədar olduğunu açıqlayıb. Həkimin sözlərinə görə, bir çox hallarda baş ağrısı boyun fəqərələrində olan problemlərindən qaynaqlanır və ən çox boyuna soyuq olan kimi ortaya çıxır.

Y. Rəşidova hər problemə xas olan baş ağrılarının spesifikliklərini izah edib.

Nevroloqun fikirləri ilə videoda ətraflı tanış ola bilərsiniz.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR