BLOQ

Baş ağrılarının növləri və əlamətləri- Bəzi müayinələr olmadan da diaqnoz qoymaq mümkündür

date 24 Yanvar 2021

Baş ağrılarının növləri və əlamətləri- Bəzi müayinələr olmadan da diaqnoz qoymaq mümkündür

Baş ağrısı ilə xəstənin diaqnozu əsas olaraq xəstənin anlatdıqları, həkimin soruşduğu suallara cavablar əsasında qoyulur. Odur ki, xəstələrə yetərli zaman ayırıb, şikayətlərini düzgün qiymətləndirərək diaqnoz səhvlərindən və lazımsız müayinələrdən (tomoqrafiya, qan analizləri) qurtulmaq mümkündür. Baş ağrısı olan xəstədə edilməsi lazım olan ilk mərhələ baş ağrısının növünü ayırd eləməkdir.

Baş ağrıları 2 qrupa bölünür: 

1. Primer başağrıları- bütün baş ağrılarının 90 %-ni primer baş ağrısı təşkil edir. Beyinin, sinir sisteminin, bədənin hər hansə bir xəstəliyi olmadan ortaya çıxır. Onların tipik bir nümayəndəsi miqren tipli baş ağrısıdır.

Miqren baş ağrısı tutmalar halında ortaya çıxır, 4 saatdan 3 günə qədər davam edə bilər. Daha çox başın bir yarısında, bəzən ikitərəfli ortaya çıxar, ağrı ənsədən və ya göz çevrəsindən başlayaraq yayılır ve zonquldayıcı ağrı görülə bilər.

Bəzi xəstələrdə ürəkbulanma, hətta qusma ola bilər, işıq, səs və qoxu narahat edər. Ağrı orta və ağır şiddətli olur, adi hərəkətlər, əyilib yerdən əşya götürmək belə, ağrını artırır. Xəstələrin bir hissəsi bir neçə saat öncədən ağrının gələcəyini hiss etdirən görmədə, hissiyatda problemlərdən şikayət edirlər.

Gərginlik tipli baş ağrısı ən çox görülən baş ağrısıdır. Daha çox ikitərəfli, ön və ya arxa tərəfdə, bəzən də sıxışdırıcı xüsusiyyətdə olur. Miqrendən fərqli olaraq ürəkbulanma-qusma olmur.

Küme-cluster- dəstə tipində baş ağrısı

Yuxudan oyandıra bilən, göz ətrafında, gicgahda olan çox şiddətli, “batır”, “deşilir” kimi şikayətlər verən, orta hesabla 1 saat sürən ağrılardır. Ağrı ilə eyni zamanda gözə qan gəlməsi, gözdə batma-iynələnmə hissi, burun axıntısı, eynı tərəfdə gözün nisbətən kiçilməsi hissi, göz yaşarması kimi hallar ola bilər. 

Yuxarıda bəhs edilən şikayəti olan xəstlərde baş ağrısı hüceyrə səviyyəsində gedən proseslələ əlaqadardır və tomoqrafiya,  EEQ (elektroensefaloqrafıya), analliz cavabları normal olur. Ona görə də  bu cür xəstələrdə lazımsız müayinə olunması məsləhət görülmür.

2. Sekonder başağrıları- Sinir sistemini və ya digət sistemləri tutan xəstəliklərlə əlaqəli olaraq ortaya çıxan baş ağrılarıdır.

Nə zaman sekonder baş ağrısından şübhələnmək lazımdır?

·         10 yaşından önce, 50 yaşından sonra başlayan baş ağrılarında

·         son 6 ay içərisində başlanmış olması ve ya ağrının xarakteri, şiddətində fərqlilik olması

·         günlər içərisində gedrək artması və müalicəyə cavab verməməsi

·         heyatındakı “ən şiddətli ağrı” olaraq söylemesi

·         hamilelik vaxtı ve doğum sonrası ortaya çıxması

·         fiziki hərəkət, gücənmə və öskürməklə artması

Baş ağrısı ilə eyni zamanda qızdırma, ənsədə gərginlik, qıcolma, huş pozulması, bayılma, arıqlama, halsızlıq kimi əlamətlərdən ən azı biri olursa, vəziyyətin daha ciddi olduğu düşünülməlidir.

Hansı xəstəliklər baş ağrısı ilə başlaya bilər?

1. Beyin daxili qanama- bəzən öncə ancaq baş ağrısı ilə ortaya çıxa bilər. Xəstənin nevroloji müayinəsində şübhəli əlamət olarsa, təcili tomoqrafiya çəkilə bilər. Ancaq buna xəstə deyil, həkim qərar verməldir.

2. İnsult-beyinin qan dövranının pozulması. Beyin qan dövranın pozulmas el arasında bilindiyi kimi çiyin tutulması və “osteoxondroz” nəticəsində beyinə az qan getməsi deyildir. Beyin qan dövranı pozularsa, xəstə insult keçirir. İnsult olan nahiyənin funksiya göstərə bilməməsi nəticəsində o hissənin əmri icra edilə bilmir. Məsələn, beyinin sağ mediyal frontal sahesinde infarkt sol ayaqda güzsüzlüyə səbəb olur və s.

3. Beyində bakterial və ya virus mənşeli infeksiyalar. Temepratur yüksəksə, huş pozulursa, bu ağıla gelməlidir.

4. Sinusit-haymorit baş ağrısı- bu, üz ağrısı şəklində ola bilər. 

Yəni bu xəstəliklərin diaqnozu vaxtında qoyularsa şikəst qalmaqdan qurtulmaq olar və bəlkə də həyatını təzədən qazanmış olar.

Bəzən xəstələr arasında “miqrenin müalicəsi yoxdur” və ya “40-50 yaşa kimi olacaq, sonra keçəcək”dır kimi fikirlər dolaşır.

Miqren xəstəliyi həqiqətən də cinsi yetişkənlik yaşı ilə başlayıb 40-50 yaş sonrası öz-özünə azala bilər. Ancaq insanın əsas fəaliyyətini göstərdiyi bu yaşlar arasında da miqreni müalicə etmək ağrıların sayını və şiddətini azaltmaq mümkündür. Çünki tədqiqatlar göstərir ki, miqren nəinki ağrı törədərək xəstəni narahat edir, həm də onun yaradıcılıq, düşünmə qabiliyyətini, işləkliyini də azaldır. 

Yekun olaraq, çox şikayət etdiyimiz baş ağrıları qanama, insult, bədxassəli şiş kimi xəstəliklərin ilk əlaməti kimi ortaya çıxaraq xəstyəliyin tez aşkarlanmasına və müalicə edilməsinə köməklik göstərir. Bəzən isə hər hansı bir ciddi xəstəlik olmadan ortaya çıxır və xəstənin ağrı çəkməsinə, işinin-yaradıcılığının geri qalmasına qədər gətirib çıxarır. Halbuki müalicə ilə ondan qurtulmaq çox hallarda mümkündür. Yəni düzgün həkimə və vaxtında müraciət edilməsi, həkimin də xəstəyə düzgün vaxt ayıraraq dinləməsi və müayinə etməsi çox önəmlidir. 

Nərgiz Ağayeva – Nevroloq, Uzman həkim 

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR