XƏBƏR

Barmaqları şaqqıldatmaq, boyunda "qulunc qırmaq” bu xəstəliyə səbəb olur

date 19 Fevral 2020

Barmaqları şaqqıldatmaq, boyunda "qulunc qırmaq” bu xəstəliyə səbəb olur

Barmaq oynaqlarını, boyunu (boyun fəqərələrini) tez-tez hərəkət etdirənlər, şaqqıldadanlar, boyunda “qulunc qıranlar” və bununla rahatlıq tapanlar yetərincə çoxdur. Bu vərdiş gün ərzində dəfələrlə təkrarlanır.

Çoxları bunun zərərsiz vərdiş olduğunu düşünür. Bu hərəkətəri etməklə psixoloji olaraq rahatlanırlar. Amma bu, heç də düşünüldüyü kimi zərərsiz vərdiş deyil, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Həkimlər, bu vərdişlərin oynaqların sağlamlığına mənfi təsir etdiyini deyirlər. Boynunu həddindən artıq hərəkət etdirmək oynaqların tez bir zamanda yararsız hala gəlməsinə səbəb olur.

Məlumara görə, bu vərdişin yaranması oynaqlarda, əzələlərdə yaranan narahatlıqlardan qaynaqlanır. Belə bir ehtiyacın tez-tez ortaya çıxması, gündə bir neçə dəfə oynaqların bu cür hərəkət etdirilməsi hərəkət nevrozuna işarədir və bu cür hərəkətlər qeyri-sabitliyə səbəb olur. Bu hərəkətlər oynaqlarda artrozu (yeyilmənin) daha tez, daha gənc yaşlarda ortaya çıxarır.

Məsələn, belə insanlarda artroz 50 yaşdan inkişaf edə bilər, əslində isə bu problem daha çox 70 yaşdan sonra yaranır.

Bəs bu vərdişlərdən necə qurtulmaq olar?

Mütəxəssislər bunun ən təsirli yolunun masaj olduğunu düşünürlər. Masaj əzələ gərginliyini aradan qaldırır. Amma bu vərdişdən heç cürə yaxa qurtara bilməyəndə psixiatrla məsləhətləşmək tövsiyə ounur, çünki bu hal çox güman ki, nevrozdan qaynaqlanır.

 e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR