XƏBƏR

Bananı neçə müddətdən bir yemək olar?

date 10 Dekabr 2019

Bananı neçə müddətdən bir yemək olar?

Banan sadəcə, dadlı meyvə deyil, həm də sağlamlıq üçün çox faydalı, enerji artırıcı və ciddi xəstəliklərin qarşısını alan qidadır. e-tibb.az xəbər verir ki, banan fiziki və psixoloji sağlamlıq üçün faydalı sayılır. Buna görə, əks göstərişlər yoxdursa, hər bir insanın qida menysunda banan olmalıdır.   Banan, bağırsaq sağlamlığı üçün çox faydalı lif mənbəyidir. Bundan əlavə, normal bədən çəkisini qorumaq üçün lazımdır. Banan bədən üçün lazım olan bütün vitamin və mineralların mənbəyidir.

Banan ürək döyüntüsünü, qan təzyiqini, əzələ sıxılmasını, sinir siqnallarını, maye balansını tənzimləmək üçün universal mineral hesab edilən kaliumla zəngindir. Kalium beynin aktiv vəziyyətdə qalması üçün də çox vacibdir. Liflərlə zəngin bu meyvə ürək xəstəlikləri riskini azaltmağa kömək etməklə bərabər   əhvalınızı da yüksəltmək üçün əla köməkçidir. Ona görə də gündə 1 kiçik banan yemək lazımdır. Bu, əhvala da müsbət təsir göstərir.   e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR