XƏBƏR

Bal arısının zəhəri bu xərçəng növünün hüceyrlərini məhv edir-YENİ ARAŞDIRMA

date 3 Sentyabr 2020

Bal arısının zəhəri bu xərçəng növünün hüceyrlərini məhv edir-YENİ ARAŞDIRMA

Bal arısının zəhəri süd vəzi xərçəngi hüceyrələrini məhv etmək qabiliyyətinə malikdir.

e-tibb.az xəbər verir ki, laboratoriya şəraitində aparılan tədqiqat zamanı bal arısının zəhərinin aqressiv döş xərçəngi hüceyrələrini məhv etdiyi aşkar edilib.

Avstraliyadakı Harry Perkins Tibbi Araşdırmalar İnstitutu tərəfindən aparılan araşdırmanın nəticələri “Nature Precision Oncology” jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində 300-dən çox bal və yabanı arının zəhəri yoxlanılıb. Bal arısının əsas komponenti olan "melitin"zəhərinin tək bir konsentrasiyasının laboratoriyada bir saat içərisində aqressiv döş xərçəngi hüceyrələrini öldürdüyü, digər hüceyrələrə isə minimal ziyan vurduğu təsbit edildi.

Alimlər, dozanın artırılması halında, toksikliyin-zəhər miqdarının artdığını vurğulayıblar. Mütəxəssislər sintetik olaraq istehsal edilə bilən mellitinin təkbaşına xərçəng hüceyrələrinin böyüməsini maneə olduğunu kəşf ediblər. Bu, "həyəcan verici" olaraq xarakterizə olunsa da, alimlər mövzu ilə əlaqədar daha çox araşdırmaya ehtiyac olduğunu bildiriblər. Arı zəhərində əvvəllər də melanoma kimi digər xərçəng növlərinə qarşı maddələr olduğu aşkar edilib.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR