XƏBƏR

Bağırsaq xərçənginin əsas səbəbi qidalanmadır? - Həkim AÇIQLAYIB - VİDEO

date 10 Yanvar 2020

Bağırsaq xərçənginin əsas səbəbi qidalanmadır? - Həkim AÇIQLAYIB - VİDEO

“Çox ət yemək bağırsaq xərçənginin inkişafına səbəb olan amillərdən biridir”.

e-tibb.az xəbər verir ki, bunu APA TV-nin “Öncə sağlıq” proqramında həkim-qastroenteroloq-hepatoloq Arzu Yusifova deyib.

Onun sözlərinə görə, qidalanma şişlərin yaranmasının əsas səbəblərdən biri sayılır. Aparılan araşdırmalar bitkilərlə qidalanmaya üstünlük verənlərdə bağırsaq şişlərinə daha az rast gəlindiyini göstərir.

İrsi faktorun təsiri barədə danışan mütəxəssis ailə üzvlərində bağırsaq xərçəngi olanların risk qrupuna daxil olduğunu vurğulayıb.

Həkim, profilaktika məqsədilə 40 yaşdan sonra bağırsaq müayinəsinin aparilmasını tövsiyə edib.

A.Yusifova bağırsaq şişləri, bağırsaqlardca yaranan digər problemlər barədə danışıb, bir çox sualları cavablandırıb.

Ətraflı videoada tanış ola bilərsiniz.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR