XƏBƏR

Meyvə-tərəvəz az yeyilir, duz çox qəbul edilir...

date 19 Dekabr 2019

Meyvə-tərəvəz az yeyilir, duz çox qəbul edilir...

“Azərbaycan dünyada meyvə-tərəvəzlə zəngin olan əsas ölkələrdən biridir. Amma siz onları yemirsiniz. Azərbaycanda insanların meyvə-tərəvəz qəbulu səviyyəsi çox aşağıdır. Bu, sizi narahat etməlidir”.

e-tibb.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Qeyri-infeksiyon xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisinin rəhbəri Joao Breda açıqlayıb.

ÜST nümayəndəsi vurğulayıb ki, meyvə-tərəvəz insanları xərçəngdən və piylənmədən, ürək-damar xəstəliklərindən qoruyur: “Hazırda qlobal miqyasda kənd yerlərində uşaqların piylənməsi daha çoxdur''.

Joao Breda vurğulayıb ki, uşaqların düzgün qidalanmasına erkən başlanılmalıdır. O qeyd edib ki, ana südü ilə qidalanma və qadının hamilə olan zaman qidalanması qeyri-infeksion xəstəliklərlə sıx bağlıdır: "Əgər körpə uzun müddət ana südü ilə qidalanarsa, onun artıq çəkidən əziyyət çəkməsinin qarşısı alınar. ÜST körpənin ilk 6 ayında onun ana südü ilə qidalandırılmasını tövsiyə edir”.

 

ÜST təmsilçisi onu da bildirib ki, 2025-ci ilə qədər ölüm səviyyəsinin 35 faizə qədər azaldılması nəzərdə tutulur: “Fiziki hərəkətsizliyi azaltmalıyıq. Tövsiyə olunan normaya görə, gün ərzində 5 qram duz qəbul edilməlidir. Hesablamalarımıza görə, Azərbaycanda gündəlik duz istehlakı 10 qramdan yüksəkdir".

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR