XƏBƏR

Azərbaycanda 8 maqnit udan 5 yaşlı qız əməliyyat olunub - FOTO

date 27 Yanvar 2020

Azərbaycanda 8 maqnit udan 5 yaşlı qız əməliyyat olunub - FOTO

Azərbaycanda 8 ədəd maqnit udan 5 yaşlı qız əməliyyat olunub.

e-tibb.az xəbər verir ki, bu barədə uşaq cərrahiyyəsi və urologiyası uzmanı, Mərkəzi Kilinikanın həkimi Fuad Hüseynov məlumat açıqlayıb: “Valideynləri təbii ki, maqnit oyuncağı sadəcə, kiçik qızlarını sevindirmək üçün alıblar. Onlar da sizlər kimi maqnitin necə böyük problemlər yaradacağından xəbərsiz idilər. Sizin də övladlarınız belə bir problem yaşamasın deyə bu hadisə barədə məlumat paylaşmağımızı özləri istədilər”.

Həkim qeyd edib ki, hadisədən sonra valideynlər bir neçə klinikaya müraciət etsələr də, onlara maqnitlərin özbaşına çıxacağı deyilib. Maqnitlərin çıxması üçün xüsusi dietalar, dərmanlar verilib: “Beləliklə 1 həftə keçib. Bizim klinikaya müraciət edəndə ailəsi artıq stressdən tükənmiş vəziyyətdə idi. Öıncə uşağı açıq əməliyyatdan qurtarmaq üçün qapalı üsulla çıxarmağa çalışdıq. Kolonoskop vasitəsilə yəni işıqlı alətlə bağırsağın içərisinə girilərək maqnitin 4-ü çıxarıldı, amma təəssüf ki, digər 4 maqnit görülmədi. Əlacsız qalıb açıq əməliyyat qərarı verildi”.

Həkimin sözlərinə görə, əməliyyat zamanı 1 həftə ərzində maqnitlərin həm yoğun, həm də nazik bağırsağı deşib və bağırsaqları bir-birinə yapışdıraraq yol yaratdığı məlum olub. Maqnitlərin hamısı çıxarılıb və bağırsaq divarındakı deffektlər tikilib.

Uşaq artıq evə yazılıb.

Qeyd edək ki, bir qədər əvvəl də adı maqnit udan azyaşlı əməliyyat olunub, oyuncaqlar bağırsaqlardan çıxarılmışdı.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR