XƏBƏR

Azərbaycanda 42 yaşlı qadının ürəyindən 8,5 sm-lik törəmə çıxarılıb

date 3 İyun 2019

Azərbaycanda 42 yaşlı qadının ürəyindən 8,5 sm-lik törəmə çıxarılıb

Azərbaycanda 42 yaşlı qadının ürəyində böyük törəmə aşkarlanaraq əməliyyat olunub.

Əməliyyat ürək-damar cərrahı Rafiq İbrahimov tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinin hospitalında həyata keçirilib.

R. İbrahimov e-tibb.az-a bildirib ki, iki dəfə bayılan 42 yaşlı Şabran rayon sakini Sumqayıtda həkimə müracəit edib və aparılan EXO-kardioqrafiya müayinəsi zamanı ürək boşluğunda, qulaqcıqlar arasında, ürək divarına yapışan 8,5 santimetrlik törəmə aşkarlanıb. Bundan sonra ciddi təngnəfəslik, halsızlıq, ürəkbulanma, qusma şikayətləri ilə yaxınları tərəfindən DTX hospitalına R. İbrahimovun qəbuluna gətirilən xəstədə sol qulaqcıqda çox hərəkətli olan törəmənin (mixoma) olduğu təsdiqlənib.

Həkimin sözlərinə görə, anemik pozuntu, dalaqda böyümə, ginekoloji qanaxma, zob və s. yanaşı problemləri olan pasient şişin hər an qopub ani ölüm yaratma ehtimalı yüksək olduğundan təcili əməliyyat edilib. Bu əməliyyatın riskləri çox olsa da, əməliyyat zamanı və sonra heç bir problem yaşanmayıb.

Açıq ürək əməliyyatı ilə xaric edilən törəmənin xoşxassəli olduğu məlum olub. Kardiocərrah deyib ki, ürəkdə belə törəmələrə çox nadir hallarda rast gəlinir.

Qadın əməliyyatda sonrakı 5-ci gün evə yazılıb. Hazırda vəziyyəti normalıdır.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR