XƏBƏR

Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresi keçirilir

date 30 Noyabr 2019

Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresi keçirilir

Bakıda Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresi keçirilir. 

e-tibb.az xəbər verir ki, tədbirin açılışında Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Tofiq Cahangirov, Rusiya Kardiologiya Cəmiyyətinin rəhbəri Yuri Belenkov, Türkiyə Kardiologiya Dərnəyinin rəhbəri Mustafa Kamal Erol, millət vəkili, ürək-damar cərrahı Rəşad Mahmudov, Mərkəzi Klinkanın baş həkimi, ürək-damar cərrahı Kamran Musayev, digər yerli və xarici mütəxəssislər  iştirak edib. 

T. Cahangirov konqresin əhəmiyyətindən danışaraq bildirib ki, son illər belə beynəlxalq tədbirlərə üstünlük verilir: "Belə tədbirlər xarici və Azərbaycan kardioloqları arasında fikir mübadiləsinə səbəb olur. Bu sahədə olan problemlər həllini tapır". 

R. Mahmudov da çıxışında konqresin əhəmiyyətinə toxunub. Qeyd edib ki, belə tədbirlər bu sahənin inkişafı baxımından effektlidir: "Səhiyyə sahəsi inkişaf edir. İcbari tibbi sığortanın da ölkə üzrə tətbiq olunması səhiyyəmizin yüksək səviyyədə olmasının göstəricisidir. Güclü kadrlar, həkimlər var". 

Daha sonra tədbirdə xarici kardioloqlar çıxış ediblər. Tədbirə 12 ölkədən 20-dək kardioloq qatılıb. 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR