XƏBƏR

Axşam yeməyindən imtina etmək kökəlməyə səbəb olur?

date 24 Yanvar 2021

Axşam yeməyindən imtina etmək kökəlməyə səbəb olur?

Son illərdə bir çoxları artıq çəkidən qurtulmaq üçün axşam yeməyi yemirlər. Normal çəkidə qalmaq üçün saat 18-dən, 19-dan və ya 20.00-dan sonra qida qəbul etməyənlər çoxdur. Bu, bir çox hallarda mütəxəssislərin, dietoloqların tövsiyəsi ilə baş verir. Amma bunun əksini düşünənlər də var.

Yapon alimləri hesab edirlər ki, axşam yeməyindən qaçmaq gələcəkdə çəkinin artmasına  səbəb ola bilər.  "The New York Post" xəbər verir ki, mütəxəssislər 3 il ərzində 17573 kişi və 8860 qadın  müşahidə ediblər. Axşam yeməyini ötürən iştirakçıların  artıq kütlə yığdıqları məlum olub.

Alimlər  kişilərin 10,8 faizi, qadınların isə 17,1 faizinin axşam yeməyi yemədiklərini təxmin edirlər. Kilo artımının digər ümumi səbəbləri arasında yaş, yuxu çatışmazlığı, həddindən artıq alkoqol qəbulu və siqaret çəkmək var.

Tədqiqatçılar, axşam yeməyindən çəkinməyin, güclü aclıqdan qaynaqlanan nizamsız bir iştaha səbəb olduğunu deyirlər. Yəni insan yemək miqdarına nəzarət edə bilmir.
Bu nəzəriyyə hələ  100 faiz  sübut edilməyib, lakin alimlər bu nəticənin piylənmənin  qarşısını almaq üçün istifadə edilə biləcəyini qeyd edirlər.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR