BLOQ

Artıq lağlağı, gülüş obyekti deyil COVID...

date 7 İyul 2020

Artıq lağlağı, gülüş obyekti deyil COVID...

Çox ağır dönəmlədən keçirik. Təqribən bir ay öncəyə kimi, lağlağı, gülüş obyektinə çevrilən COVID-19, bu gün demək olar ki, kütləvi olaraq hər bir ailədə, nəsildə, hər bir toplumda yayılmaqdadır.

Artıq lağlağı, gülüş obyektimiz deyil COVID.

Günlərdir neçə-neçə pasientlərimə, illərdir rutin müayinə üçün gələnlərə, artıq ailəcə yaxın münasibətdə olduğum insanlara əlimdən gələn qədər kömək olmağa çalışıram. Bacardığımı edirəm. Bütün kolleqalarım, ixtisasından asılı olmayaraq bütün həmkarlarım bu yöndə gecə-gündüz səfərbərdirlər. İnanın, telefonlarımız susmur, dözülməz bir etapdayıq. Gunlərdir öz tələbələrimiz sanki sığınacaq, imdad yeri kimi, öz muəllimlərinə üz tuturlar... Artıq klinikalarda yer yoxdur. Biz öz tələbələrimizə, onların ailələrinə kömək edə bilmirik. Bilirsinizmi, bu, bir insan, müəllim, həkim kimi bizi necə incidir?

Kaş ki, bu dönəmdə bu işə səfərbər olan insanlar, həkimlər, tibb işçiləri sosial şəbəkələrdə qınaq obyekti olmayaydi. Biz  dayanmadan işləyirik. Gecə-gündüz işləyən tibb personalına qarşı haqsızlıq etmək olmaz. Nə qədər həkimlərimiz var, ən azı onlayn dəstək olurlar, kömək edirlər heç tanımadıqları insanlara. Bunu danmaq olmaz.

Ağır dönəmlərdən keçirik. Bu da bitəcək. Bu, bəşər tarixinin ilk pandemiyasi deyil, inşallah, son pandemiyasi olar. Biz bu bəladan da üzüağ çıxacayıq. Biz həkimlər də son gücümüzə qədər xalqımızın yanında olacağıq. Allah hamımızı qorusun!

 

Günel Qəmbərova-Mammoloq-radioloq, ATU-nun Tədris Terapevtik Klinikasının həkimi

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR