XƏBƏR

“Ağıllı xəstə qolbağı”: Azərbaycanda ilk dəfə xəstələrə paylanıb

date 8 May 2019

“Ağıllı xəstə qolbağı”: Azərbaycanda ilk dəfə xəstələrə paylanıb

Mərkəzi Neftçilər Xəstəxanası Azərbaycanda səhiyyə sahəsində yeniliyə imza atıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, həmin səhiyyə müəssisəsində xəstələrə “Ağıllı xəstə qolbağı” paylanılıb. Həmin qolbağın köməyi ilə həkim planşet vasitəsilə xəstənin xəstəlik tarixçəsinə baxa bilər. Burada xəstənin bütün radioloji, laborator müayinələrinin nəticələri, diaqnozu və onu müalicə edən həkimin adı qeyd edilir. Həmçinin həkim planşetə əlavələrini qeyd edə bilər.

Bu texnologiya hazırda Mərkəzi Neftçilər Xəstəxanası ilə müqavilə əsasında çalışan “ESİM Yazılım” şirkətinin “OTOMATIP” Xəstəxana Məlumat Sistemi proqramı vasitəsilə həyata keçirilir.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR