XƏBƏR

Ağciyərdə buzlu şüşə görüntüsü nədir və nə zaman yaranır? -VİDEO

date 3 İyul 2020

Ağciyərdə buzlu şüşə görüntüsü nədir və nə zaman yaranır? -VİDEO

Pandemiya dövründə ən çox işlədilən tibbi teminlərdən biri də ağciyərlərin buzlu şüşə görüntüsü ifadəsidir. Bir çoxları bunun mənasını bilmir. Amma qoyulan diaqnozlara əsasən insanların bir çoxu bu termini işlədir.

Son məlumatlara görə, koronavirus pnevmoniyası olanların bir çoxunda kompüter tomoqrafiya müayinsəi zamanı ağciyərdə buzlu şüşə görüntüsü müşahidə edilir. Buzlu şüşə nədir? Buzlu şüşə yalnız yeni növ koronavirusa xas olan haldırmı?

e-tibb.az xəbər verir ki, radioloq, tibb elmləri doktoru, Tibb Universitetinin Şüa diaqnostikası və terapiyasə kafedrasının müdiri Məlahət Sultanova APA TV-nin “Öncə sağlıq” proqramında deyib ki, əslində “buzlu şüşə” çoxdan işlədilən radioloji termindir. Bu termin, bu görüntü həmişə olub. Bu, yalnız COVİD-19 xəstəliyi üçün səciyyəvi deyil, digər xəstəliklər zamanı da ağciyərdə belə bir halın yaranması mümkündür. Məsələn, digər pnevmoniyalarda, neoplastik proseslərdə, hətta dərman zəhərlənmələrində, ağciyər ödemində buzlu şüşə görüntüsü ola bilər: “Sadəcə olaraq, buzlu şüşə görüntüsü koronavirus pnevmoniyası olan xəstələrdə demək olar ki, birmənalı olaraq aşkarlandığı üçün bu xəstəliyin vacib diaqnostik kriteriyası hesab olunur”...

APA TV-nin "Öncə sağlıq" proqramında koronavirusun diaqnostikası, eləcə də hamilələr və yeni dooğulanlarda yaranan risklər barədə mütəxəssislərin fikirləri ilə daha ətraflı videoda tanış ola bilərsiniz.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR