XƏBƏR

59 yaşlı şəxsin beynindən 10 sm uzunluqda qurd çıxarılıb

date 23 Avqust 2019

59 yaşlı şəxsin beynindən 10 sm uzunluqda qurd çıxarılıb

Çinin əyalətlərindən birində yaşayan 59 yaşlı şəxsin beynindən 10 sm uzunluğunda qurd çıxarılıb. e-tibb.az xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs bu qurdla 30 il yaşayıb. Onun 30 il baş ağrılarından, bayılmalardan əziyyət çəkdiyi bildirilir. Həmin şəxs ilk dəfə 1989-cu ildə bayılıb. Xəstəxanaya müraciət edərkən ona epilepsiya diaqnozu qoyulub, epilepsiya dərmanları təyin olunub. Lakin bu dərmanları qəbul etsə də, baş ağrıları və bayılmaları keçməyib. Hər dəfə də xəstəxanaya müraciət edəndə eyni diaqnoz təkrarlanıb. Yalnız bu yaxınlarda yenidən xəstəxanaya müraciət edən xəstə MRT müayinəsi olunub və beynində 10 sm uzunluğunda qurd aşkarlanıb. Onu əməliyyat edən neyrocərrahlar əməliyyatın uğurlu keçdiyini deyiblər.

Məlumata görə, qurd xəstəyə axar sudan içən zaman keçib və parazit beyinə qədər hərəkət edə bilib.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR