XƏBƏR

15 sentyabr Ümumdünya Limfoma ilə Mübarizə Günüdür: Limfoma nədir?

date 15 Sentyabr 2020

15 sentyabr Ümumdünya Limfoma ilə Mübarizə Günüdür: Limfoma nədir?

15 sentyabr Ümumdünya Limfoma ilə Mübarizə Günüdür.

Limfoma, limfatik və immun sistemi hüceyrələrinin bədxassəli şiş  xəstəliyidir. Limfoma limfa düyünlərini, dalağı, sümük iliyi ilə bərabər bir çox orqan və sistemləri zədələyir. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin məlumatında bildirilir ki, limfoma zaman keçdikcə inkişaf edən ciddi xəstəlikdir. Lakin buna baxmayaraq müasir təcrübə 80 faiz hallarda onu sağaltmağın mümkün olduğunu deməyə əsas verir. Xəstəliyin sağalma ehtimalı ona vaxtında qoyulan düzgün və dəqiq diaqnozdan çox asılıdır.

Qərbi Avropa ölkələrində limfoma ilə xəstələnmə ildə hər 100 min əhalidən 12-15 nəfərində təsadüf edilir. Məlumatlara görə, bu xəstəlik hər yaşda inkişaf edə bilir. Limfomanın əlamətləri kimi əsasən limfa vəzilərində-əsasən boyun və qoltuq altında- ağrısız şişkinlik müşahidə olunur. Şişkinlik qarında və qasıq nahiyəsində də ola bilər. Amma bəzi hallarda bədənin heç yerində şişkinlik müşahidfə edilməyə bilər. Bundan başqa, xəstəlik zamanı üzdə, əl, qol və ayaqlarda uyuşma və qarışqa gəzir kimi hissiyyat, ayaqlarda və topuqlarda şiş, qarın ağrısı, gecə tərləmə, hərarət, iştahsızlıq, arıqlamaq, titrəmə, normal olmayan qaşıntı, xroniki öskürək, nəfəs daralması, boğazda badamcıqların şişməsi, baş ağrısı və s. müşahidə oluna bilər. 

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR