XƏBƏR

15 oktyabr Süd vəzi xərçəngi ilə Ümumdünya Mübarizə Günüdür

date 15 Oktyabr 2020

15 oktyabr Süd vəzi xərçəngi ilə Ümumdünya Mübarizə Günüdür

15 oktyabr Süd vəzi xərçəngi ilə Ümumdünya Mübarizə Günüdür.  

e-tibb.az hər il oktyabrın bu günü dünyanın bir çox ölkəsində Süd Vəzi Xərçənginə Qarşı Ümumdünya Mübarizənin Günü qeyd olunur.

Bu günün və aylığın keçirilməsi ilk dəfə 1993-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfinfən elan edilib.

Bu günlə bağlı bütövlükdə oktyabr ayında süd vəzi xərçənginə qarşı mübarizə aylığının keçilməsi ənənə halını alıb. Azərbaycanda dab u günlə bağlı ay ərizndə bir sıra aksiyalar, tədbirlər keçirilir.

Süd vəzi xərçəngio onkoloji qadın xəstəlikləri sırasında birinci yeri tutur və bu problemdən əziyyət çəkənlərin sayı ildən-ilə artır.

Hətta bu problemə kişilər arasında da rast gəlinir.

Xəstəliklə mübarizənin əsas yolu erkən diaqnoz və erkən müalicə hesab olunur. İlkin mərhələdə aşkarlanan süd vəzi xərçəngi tamamilə aradan qaldırılır.

Qeyd edək ki, hər il dünyada milyonlarla qadında bu xəstəlik aşkarlanır. Dünyada hər 8 qadından birində süd vəzi xərçənginin olduğu bildirilir.

Süd vəzi xərçəngi ilə mübarizə aparmaq üçün daha ətraflı başqa bir məqaləni də oxuya bilərsiniz:

Bilinməsi lazım olan həqiqətlər

https://e-tibb.az/xeber/sud-vezi-xercengi-ile-bagli-15-vacib-heqiqet-2578

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR