Sual göndərin
Rəy bildirin

Randevu al

İş günü deyil

doctor-speciality

Dr. Natəvan Axundova

Mama-ginekoloq

31 il iş təcrübəsi


İş yerləri

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası

Bakı, Mirqasımov küç., 1004-cü məhəllə

Haqqında
1970-ci ildə Tovuz rayonunda anadan olub. 1987-ci ildə Sumqayıt şəhər 15 №-li orta məktəbi fərqlənmə attestatı ilə bitirib həmin ildə Azərbaycan Tibb Universitetinin I Müalicə profilaktika fakültəsinə daxil olub. 1993-cü ildə universiteti fərqlənmə diplomu və adlı təqaüdlə bitirib, universitetin III mamalıq- ginekologiya kafedrasında baş laborant kimi fəaliyyətə başlayıb. Əvvəlcə kafedrada asistent, 2011-ci ildən hazırkı tarixədək kafedrada dosent kimi fəaliyyət göstərir. 27 noyabr 2007-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi almaq üçün, "Yüksək risk qruplu hamilə qadınlar arasında hestasion şəkərli diabetin diaqnostikası, klinikası, müalicə, korreksiya metodları və profilaktikası mövzusunda dissertasiya işini müdafiə edib. 14.03. 2013-cü il tarixində Azərbaycan Tibb Universitetinin I müalicə profilaktika fakültəsinin elmi şurasının iclasında (8-saylı protokol) Tibb Elmləri doktoru elmi dərəcəsi almaq üçün, "Qadın həyatının müxtəlif dövrlərində hiperandrogeniya sindromunun patogenetik xüsusiyyətləri, kompleks diaqnostika və müalicə üsulları adlı dissertasiya mövzusu və elmi məsləhətçilər təsdiq edilib. 06.07.2018-ci ildə doktorluq dissertasiyası yekunlaşdırılıb və ilkin müzakirəsi keçirilib. İki tədris metodik vəsait, bir dərslik, 60-a yaxın çap olunmuş elmi məqalənin müəllifidir. Ginekologiya, problemli hamiləliklər, sonsuzluqla bağlı yerli və bir çox xarici ölkələrdə keçirilən kurslarda, seminarlarda, beynəlxalq konfranslarda iştirak edib, sertifikatlar alıb. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Rezidentura şöbəsinin ekspertidir.

Telefon

Sosial şəbəkəsi
Təhsil

Tibb üzrə fəlsəfə doktoru


Xidmətlər
  • Mama-ginekoloq

Həkimə verilən sullar

Yusubova Aygun

Salam Hekim 4 evladim var.cox uzr isdiyirem cinsi elaqede olarken yumurtaliqlarim aqriyir ned3n ola biler zehmet olmasa cavablandirarsiz.birde mende cinsi isdek yoxdu deyirler nevroloji ola biler bilmek isdeyirem duzdu ya yox

03 İyun 2020 16:34
Natəvan Axundova
cavab verdi 14 İyun 2020 11:23

Salam. Cinsi əlaqə və eyni zamanda aybaşı zamanı ağrı olması çox vaxt endometrioz xəstəliyi üçün səciyyəvi olur. Bu iltihabi xəstəliklərdə- cinsiyyət orqanlarının anomaliyaları, vəziyyət anomaliyaları vzamanı da mümkündür. Cinsi istəksizlik isə hormonal dəyişiklik, nevroloji problemlər, ailə münaqişələrindən qaynaqlana bilər. Səbəbi araşdırmaq lazımdır. Müraciət edə bilərsiniz: 070 7360334

Aslanova Sedaqet

Hamilelik-Keksan iynesi ile bagli sual Salam hekim.menim ikinci hamileliyimdir ( 30 heftelik), ilk hamilelik suni dogush olub 9 ayliqda betnde ölub.o hamilelikden sonra hekim mene kleksan yazib ikinci hamilelik baslangicindan ( 2 ayligindan) vururam.bu iynen usaq uchun her hansi yan tesiri varmi? ve hergun vurulmasi mutleqdirmi? 0.4 ml kleksan

02 May 2020 20:06
Natəvan Axundova
cavab verdi 14 İyun 2020 11:34

Salam. Əgər qadında qan laxtalanma sistemi ilə bağlı problem varsa, yəqin ki dölün bətndaxili ölümü olub... Qanın laxtalanma sisteminin vəziyyətini öyrəndikdən sonra, tromboz panelini təyin etdikdən sonra qadına Kleksan təyin oluna bilər. Yəqin ki həkim çəkini nəzərə alaraq 0,4 yazıb. Əgər Kleksan vurulmasa dölün yenidən bətndaxili ölümü, inkişafdan qalması, hamiləliyin ikinci yarısında təzyiqin qalxması müşahidə oluna bilər. Doğuşa 24 saat qalmışa qədər Kleksan vurulur. Doğuşdan sonra da qadının vəziyyətinə uyğun olaraq onun müddəti təyin olunur. Neçə gün və hətta ola bilsin ki 3 aya qədər də təyin oluna bilər. Uşağa təsirini isə doğuşdan sonra uşağın qanını mütləq yoxlamaq, trombositlərə, qanın laxtalanma sisteminə nəzarət etmək lazımdır. Və Kleksan çox vurulanda kalsium azalır, qadın ağartı məhsulları və kalsium preparatlarına üstünlük verməlidir.

Həkimə yazılan rəylər

Gunay Nezerova

Diqqətli və savadlı həkimdir. Xəstələri ilə təkbətək ilgilənir.

Təhsil

Tibb üzrə fəlsəfə doktoru


Xidmətlər
  • Mama-ginekoloq

Təhsil

Tibb üzrə fəlsəfə doktoru


Xidmətlər
  • Mama-ginekoloq

Sual göndərin
Rəy bildirin

Randevu al

İş günü deyil