Sual göndərin
Rəy bildirin

Randevu al

İş günü deyil

doctor-speciality

Dr. Kamran Musayev

Ürək-damar cərrahı

15 il iş təcrübəsi


İş yerləri

Mərkəzi Klinika

76 Parlament Prospekti, Bakı 1006

Haqqında

Kamran Musayev 1990-cı ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olunub. 2 il burada təhsil aldıqdan sonra, 1992-ci ildə təhsilini davam etdirmək üçün Türkiyənin İstanbul Universitetinin İstanbul Tibb Fakültəsinə göndərilib. 1996-cı ildə tibb təhsilini uğurla başa vurub. Elə həmin il İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində ürək-damar cərrahiyyəsi ixtisası üzrə rezidentura təhsilinə başlayıb.

 

1996-2002-ci illər arasında adı çəkilən təhsil müəssisəsində rezidentura təhsilini davam etdirməklə yanaşı, Türkiyənin Kadir Has Universitetinin Florence Nightingale xәstәxanasında ürәk–damar cәrrahı olaraq çalışıb.

 

2002-ci ildə tibb təhsilini yekunlaşdıraraq ürək-damar cərrahiyyəsi mütəxəssisi olaraq Azərbaycana qayıdıb. Həmin ildən Mərkəzi Klinik Xəstəxanada ürək-damar cərrahı və klinikanın stasionar şöbə müdiri vəzifəsində işə başlayıb.

 

2006-2009-cu illərdə Mərkəzi Klinik Xəstəxananın icraçı direktorunun tibb işləri üzrə müavini, 2009-cu ildən indiyə qədər isə baş həkimidir. Eyni zamanda, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədridir.

 

O, Azərbaycanda fəaliyyət göstərdiyi 14 il ərzində 11 minə yaxın ürək-damar cərrahi əməliyyatı həyata keçirib. Bunların 60-65%-i aorta-koronar şuntlama əməliyyatı olub.

 

2013-cü ilin yanvar ayında Azərbaycanda ilk dəfə olaraq Mərkəzi Klinik Xəstəxanada süni ürək köçürülməsi əməliyyatı da məhz K. Musayev tərəfindən həyata keçirilib. 2017-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə olaraq K. Musayev və onun komandası tərəfindən qan dövranı dayandırılmaqla ağciyər damarlarının endarterektomiyası adlanan əməliyyat icra olunub.

 

K. Musayev Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktorudur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb və əczaçılıq elmləri üzrə ekspert şurasının üzvüdür.


Telefon

Sosial şəbəkəsi
Təhsil

Ali


Xidmətlər
  • Ürək-damar cərrahı

Həkimə verilən sullar

Hal hazırda sual yoxdur.
Həkimə yazılan rəylər

Hal hazırda rəy yoxdur.

Təhsil

Ali


Xidmətlər
  • Ürək-damar cərrahı

Təhsil

Ali


Xidmətlər
  • Ürək-damar cərrahı

Sual göndərin
Rəy bildirin

Randevu al

İş günü deyil